Astarada 63 yaşlı kişi çimərlikdə ölüb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.
Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu, Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər.
Yaxınlarının sözlərinə görə, C.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.
Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü