Cənub Hərbi Dairəsinin (CQD) Ermənistandakı hərbi bazasının mühəndis qoşunlarının mütəxəssisləri Alagöz yüksək dağ poliqonunda planlaşdırılmış təlimdə iştirak edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Təlim zamanı hərbçilər çətin yerlərdə yolların yaradılması üzrə məşq edəcək, xüsusi texnikadan istifadə etməklə minalanmış ərazilərdə qoşunların irəliləməsi üçün keçidlər yaradacaqlar”, - məlumatda bildirilib.
Həmçinin qeyd olunur ki, mina sahələrinin axtarışı zamanı minaaxtaran itlərdən ibarət kinoloji qruplar cəlb olunacaq. Təlim zamanı Cənub Hərbi Dairəsinin mütəxəssisləri gecə də daxil olmaqla, ərazinin minalardan təmizlənməsi üzrə bilik və praktiki bacarıqlarını artıracaqlar.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü