ABŞ İranın məhbus mübadiləsi müqaviləsi çərçivəsində aldığı puldan hərbi məqsədlər üçün istifadə etməsinə icazə verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi deyib.
“İranın bu pulla nələr edə biləcəyinə dair ciddi məhdudiyyətlər qoyulacaq və Maliyyə Nazirliyi tərəfindən ciddi nəzarət prosesi olacaq. Yekunda pulların hara və nəyə sərf edildiyini aydın görəcəyik”, - Kirbi bildirib.
Xatırladaq ki, İran və ABŞ məhbus mübadiləsi və İranın neft gəlirlərinin təxminən 6 milyard dollarının dondurulmaması haqqında razılığa gəliblər.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü