Qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsasən, Ukrayna ordusu bir neçə ərazidə Dnepri uğurla keçib və Xerson vilayətində çayın sol sahilində bir sıra pladstarmı ələ keçirə bilib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
“Əslində bu, hücumun növbəti addımdır. Bu problemlərin həllində Xerson istiqaməti bizim üçün perspektivli idi və məhz bizim üçün çox vacib olduğuna görə Rusiya Kaxovka bəndini partlatdı. Buna görə də bir müddət cəbhənin bu sektorunda hücum mümkün deyildi. İndi şərtlər dəyişib. Yayın son ayında torpaq quruyub. Və bu təbii amillər hücum xarakterli məsələlərin həllinə kömək edir. Strateji olmasa da, operativ baxımdan bu istiqamət maraqlıdır”, - general bildirib.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp