Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.
Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.
Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı Çərkəz Füzuli oğlu İsmayılov və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.
Bu zaman soyğunçulardan biri özünə və polisə əməkdaşına bıçaqla xəsarət yetirib.
Hadisənin təfərrüatı araşdırılır.
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu