Nigerdən sonra digər Afrika ölkəsi Mali də Fransa ilə viza rejimini dayandırdığını elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Mali Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nigerdəki hərbi çevrilişdən sonra Fransa hökuməti Malini səyahət edilməməsi tövsiyə olunan ölkələrin daxil olduğu “qırmızı zona”ya daxil edib. Bu həftənin əvvəlində isə Fransanın Bamakodakı səfirliyi yeni viza müraciətlərini dayandırıb.
Fransanın bu addımına cavab olaraq Mali də Fransa vətəndaşları üçün yeni vizaların verilməsini dayandırdığını açıqlayıb.
Qeyd edək ki, Malidə 2020-ci ildə hərbçilərin dövlət çevrilişiylə hakimiyyəti ələ keçirməsindən sonra Fransa ilə münasibətləri pisləşib.
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu