Oğuzda Qəbələ sakininin meyiti aşkarlanıb.
BUTA.TV Bizim.mediaya istinadən xəbər verir ki, Qəbələ sakini 60 yaşlı Məmməd İbrahimovun meyiti Oğuzun Dəymədərə kəndi ərazisində poçt məntəqəsinin yaxınlığında aşkarlanıb.
Kənd sakinləri dərhal müvafiq orqanları məlumatlandırıb. Rayon hüquq- mühafizə orqanlarının əməkdaşları hadisə yerinə və meyitə ilkin baxış keçirib. Meyit üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Məlum olub ki, Qəbələ sakini tüfeyli həyat tərzi yaşayıb.
Meyit ekspertizadan keçiriləndən sonra aidiyyatı üzrə təhvil veriləcək.
Fakt üzrə araşdırma aparılır.
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu