Hazırda Tehranın Qızılhisar həbsxanasında saxlanılan güneyli idmançı Səhənd Nurməhəmmədzadə 10 illik həbs cəzasını çəkmək üçün Kirman şəhərinin Kəhnuc həbsxanasına köçürülür.
BUTA.TV xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
"Səhənddən avqustun 8-də Kirman həbsxanasına köçürülməsi üçün əşyalarını toplaması istənilib”,- məlumatda qeyd edilib.
Əslən azərbaycanlı olan Səhənd Nurməhəmmədzadə 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib. Dekabrın 3-də barəsində edam hökmü çıxarılsa da, sonradan 10 il həbs cəzası ilə dəyişdirilib.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video