İran idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.
BUTA.TV “Azad İran”a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) bununla bağlı xəbərdarlıq edib.
BOK İranda insan haqlarının pozulması hallarının davam edəcəyi təqdirdə, yerli idmançıların yarışda iştirakına qadağa qoymağa hazırlaşır. Bildirilib ki, ölkədə etirazçılarla hökumət arasında yaşanan gərginlik zamanı idmançılar İran rejiminin hədəfinə çevriliblər.
Qeyd edək ki, Olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə təşkil olunacaq.
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video