ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland Nigerdə hərbi xuntanın liderləri ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Nulandla baş qərargah rəisi, general Mussa Salau Barmu və bir neçə polkovnik arasında görüş keçirilib.
“Son dərəcə səmimi və bəzən olduqca mürəkkəb keçən görüş iki saatdan çox davam edib. Nuland Nigerdə hərbi xunta nümayəndələri ilə görüşən ilk yüksək rütbəli amerikalıdır. Onun səfəri dövlət katibi Entoni Blinkenin istəyi ilə baş tutub”, - məlumatda qeyd olunub.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı