Özbəkistan Prezidenti Şövkət Mirziyayevin avqustda Azərbaycana səfəri gözlənilir.
BUTA.TV xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.
F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib:
“Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”.
Ş.Mirziyayevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı