Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
Onun sözlərinə görə, həftə sonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir.
“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”, - xidmət rəisi vurğulayıb.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı