Hazırda “Vaqner”in 13-cü kolonu M5 şosesi ilə Bobruiskdən Osipoviç (Belarus) istiqamətinə hərəkət edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb.
“Yaraqlıların karvanında ən azı 80 avtomobil texnikası var: “Şuka” (“Çekan”) zirehli maşınları, yanacaq daşıyan maşınlar, avtobuslar, KamAZ, yük maşınları və “Ural”, pikap, minik avtomobilləri və s. Maraqlıdır ki, bəzi zirehli maşınlara təcili yardım maşınında olduğu kimi xaç çəkilib. Həmçinin karvanda belarusların gerbinin və qırmızı-yaşıl rəng kombinasiyası olan bayrağının əks olunduğu boz avtobus görünür”.
Qeyd olunur ki, avtomobillər yol polisinin müşayiəti ilə “lxr” və ya Rusiya nömrələri ilə hərəkət edir:
“İndi karvan Osipoviçdən keçir və sonra bütün əvvəlkilər kimi Tsel kəndindəki “Vaqner”in çadır düşərgəsi istiqamətinə yola düşəcək”.
Qeyd edək ki, bundan əvvəl ”Vaqner”in bir neçə maşın karvanı Belarusa getmişdi.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video