Böyük Britaniyanın Müdafiə Nazirliyi Pentaqona göndərdiyi məxfi məlumatları e-poçt domenindəki hərf səhvinə görə Maliyə göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” Britaniya rəsmilərinə istinadən məlumat yayıb.
“Son on ildə ABŞ ordusu da Pentaqona göndərdiyi milyonlarla elektron məktubu domendəki ünvanda olan səhvə – “.mil” əvəzinə “.ml” - görə Malidəki ünvanlara göndərib. Britaniyada da analoji hal yaşanıb. Belə ki, “.mil” domenindən istifadə edərək Pentaqona göndərilən məktublar Maliyə gedib. Məsələn, Maliyə göndərilən elektron məktubların bəzilərində Britaniyanın hipersəs raketləri ilə bağlı araşdırmaların təfərrüatı var imiş. Böyük Britaniya Müdafiə Nazirliyi təhqiqat başladıb, lakin Londonda səhvin miqyasının ABŞ-da olduğu qədər əhəmiyyətli olmadığını bildirir”, - məlumatda deyilir.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video