Ermənistan Müdafiə Nazirliyi 2,5 milyard dram (6.5 milyon dollar) məbləğində əlavə vəsait alacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul edilib.
Vəsaitlər nazirliyin əvvəllər nəzərdə tutulmayan ehtiyaclarını - həm cari, həm də əsaslı xərclərini ödəmək üçün nəzərdə tutulub.
Hökumətin bundan əvvəl də keçirilən iclasında Müdafiə Nazirliyinə əlavə 6.7 milyard dram (17 milyon dollar) ayrılmışdı.
Qeyd edək ki, 2023-cü ildə Ermənistanın hərbi büdcəsi 506 milyard dram (təxminən 1.31 milyard dollar) nəzərdə tutulub. Bu, 2022-ci ilin hərbi büdcəsindən 35 faiz çoxdur.
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video