Qarabağın təslim olmasından sonra növbəti addım azərbaycanlıların Ermənistana köçürülməsi olacaq.
BUTA.TV xəbər verir ki, bunu bunu Ermənistanın keçmiş baş naziri, “Azadlıq” partiyasının lideri Qrant Baqratyan deyib.
“Əgər indi Ermənistan əraziləri təslim edilmirsə, deməli, daha pis bir şey baş verir - azərbaycanlıların Ermənistanda məskunlaşdırılması”, - o bildirib.
Baqratyan qeyd edib ki, danışıqlarda yolların açılması, məcburi köçkünlərin geri qaytarılması məsələlərində Azərbaycanın xeyrinə xüsusi vurğu edilir:
“Artıq Qarabağ məsələsi yoxdur. Məsələ Zəngəzurla Ermənistandır. Qərb və Moskva razılaşırlar ki, burada bir güzəşt edən tərəf var və bu tərəfin güzəştləri sayəsində razılaşma mümkündür.
Azərbaycan müharibəyə Qarabağ uğrunda başladı. Amma Zəngəzuru alaraq sülh müqaviləsiylə bitirir. Çünki Zəngəzurda 60 min azərbaycanlı yaşasa, İrəvandan kimsə nə Qafana, nə də Gorusa gedəcək”.
Baqratyanın sözlərinə görə, Paşinyan Azərbaycana Zəngəzurdan keçən yol vəd edib, amma bunu təmin etməyib, ona görə də Azərbaycan Laçın dəhlizini bağlayıb.
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video
- “Mersedes”lə qəza törətdi: anası öldü
- XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal