Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşü Ermənistan-Azərbaycan nomallaşma prosesi kontekstində zəruri mərhələ oldu.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, danışıqlar müsbət qiymətləndirilməlidir:
"Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqları asan keçməsə də, faydalı oldu".
Karasin eyni zamanda vurğulayıb ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin çətinliklərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınmaqla, Moskva görüşünü zəruri və vaxtında baş tutan mərhələ hesab etmək olar.
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!