44 günlük müharibə zamanı Üçkilsədə (Eçmiədzin) yerləşən “Ximiki” hərbi hissəsində itkin düşmüş hərbçilərin valideynləri Baqramyan prospektini iki hissədən bağlayıb və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Tələbimiz yerinə yetirilməyənə qədər dağılmayacağıq. Bizim cəmi iki sualımız var - oğullarımızın taleyi və uzanan məhkəmə prosesi. Nə baş verdiyini bilmək istəyirik”, - onlar bildiriblər.
Aksiyaçılar qeyd ediblər ki, valideynlər beynəlxalq strukturlara və səfirliklərə müraciət etməyəcəklər, çünki onların suallarının ünvanı hazırkı hökumət və şəxsən Ermənistanın baş naziridir.
Etirazçılara İrəvan polis rəisi Sevan Köçəryan yaxınlaşıb və o, Hərbi Əks-kəşfiyyat İdarəsinin rəisi, polkovnik David Sanamyanla görüş təşkil etməyi təklif edib. Lakin valideynlər onunla əvvəlki görüşün uğursuz olduğunu deyərək bundan imtina ediblər. Onlar xüsusi olaraq Ermənistan hökumətinin başçısı ilə danışmağı tələb edirlər.
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!