İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyinin gündüz arabir güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyini ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir