“Azerçay” “Prezident Kuboku-2023” beynəlxalq reqatasını dəstəkləyib. Yarış, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 4-7 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
BUTA.TV xəbər verir ki, doğma çay markamız 3 gün ərzində bütün iştirakçı və qonaqları çay süfrəsinə qonaq edib.
Bununla bəra doğma çayımız qaliblərə və qonaqlara özəl hədiyyələr də təqdim edib. Hər zaman dünyada və Azərbaycanda ölkəmizin təbliği üçün həyata keçirilən layihələrə dəstək verən "Azerçay" gələcəkdə də ənənələrinə sadiq qalacaq.
Qeyd edək ki, “Azerçay” markasının dəstəklədiyi yarışda Suqovuşan və Mingəçevirdə keçirilən reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edib.
4 may tarixində Suqovuşandan start götürən “Prezident Kuboku-2023” beynəlxalq reqatası 7 may tarixində Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçirilən mükafatlandırma mərasimi ilə yekunlaşıb.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto