Qubadlıda işə gedən fəhlənin üzərinə qaya parçaları aşaraq ölüb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı məlumat verilib.
Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.
İlkin ehtimala görə, onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto