Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Səidə Qocamanlı ömürlük məhbuslar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun azad olunması ilə bağlı Əfv Komissiyasına müraciət edildiyini bildirmişdi.
BUTA.TV xəbər verir ki, bu gün imzalanan əfv sərəncamında “vətənə xəyanət” maddəsi ilə məhkum edilən bu şəxslərin adı yoxdur.
Qeyd edək ki, E.Əmiraslanov, A.Kazımov və S.Poladov keçmiş OMON-un – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olublar.
Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Daha sonra ölüm hökmü ləğv edilib və ömürlük həbslə əvəzlənib.
Hər üç məhkum “vətənə xəyanət” maddəsi ilə ittiham olunub.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto