Niderlandın paytaxtı Amsterdamda PKK tərəfdarları və terrorçular səs vermək üçün gələn türklərə hücum ediblər.
BUTA.TV xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Qarşıdurma səsvermənin keçirildiyi RAİ Sərgi və Konqres Mərkəzində baş verib.
Hazırda əraziyə çoxlu sayda polis helikopteri və təcili yardım maşını cəlb olunub. Seçki komissiyası üzvlərinin girov götürüldüyü haqqında məlumatlar var.
Qeyd edək ki, bundan öncə Belçika və Fransadakı PKK terrorçuları səs vermək üçün təyin olunmuş yerlərə gedən Türkiyə vətəndaşlarına hücum etmişdilər.
Xatırladaq ki, xaricdə olan Türkiyə vətəndaşları ötən ayın sonundan səs verirlər.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto