Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri Suriyanın 10 ildən çox əvvəl dayandırılmış təşkilata üzvlüyünü bərpa etmək barədə razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, nazirlər mayın 19-da Səudiyyə Ərəbistanında Ərəb Liqasının sammiti ərəfəsində təşkilatın Qahirədəki baş qərargahında keçirilən xüsusi iclasda qərara səs veriblər.
Bundan əvvəl Suriyanın Ərəb Liqasına qaytarılmasının tərəfdarı kimi Səudiyyə Ərəbistanı, bu təşəbbüsün əsas əlehdarı isə Qətər olduğu bildirilmişdi.
Qeyd edək ki, Dəməşqin Ərəb Liqasına üzvlüyü 2011-ci ildə, bir çox ərəb ölkələri Suriya hökumət ordusuna qarşı hərbi əməliyyatlara başlayan üsyançılara dəstək verdikdə dayandırılmışdı.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto