Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür:
“Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”.
Nazirin sözlərinə görə, Ukrayna müharibəsində Türkiyə kimi balanslı siyasət yürüdən başqa ölkə yoxdur: “Biz bu siyasəti davam etdirməliyik. Türkiyənin balanslı siyasəti bu ölkə üçün çox faydalıdır”.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto