Konqo Demokratik Respublikasının şərqində yerləşən Cənubi Kivu əyalətində üç gün əvvəl yağan güclü yağış və daşqın nəticəsində torpaq sürüşmələri baş verib, ən azı 394 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Kalehe rayonu administrasiyasının əməkdaşı Tomas Bakenqa məlumat verib.
"Buşu və Nyamukubi kəndlərində müvafiq olaraq 142 və 132 cəsəd tapılıb, daha 120 cəsəd Kivu gölündən çıxarılıb", - o bildirib.
Qeyd edək ki, Konqonun “Okapi” radiostansiyası isə bildirib ki, mayın 4-də axşam saatlarında Cənubi Kivu əyalətinin bir neçə bölgəsində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubidə qeydə alınıb, burada daşan çaylar 500-dən çox evin uçmasına səbəb olub.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video