Rusiyanın subyekti Buryatiya Respublikasının Kabanski rayonunun Oymur kəndi yaxınlığında, Baykal gölünün akvatoriyasında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
"Yerli vaxtla saat 22.07-də Baykal gölünün akvatoriyasında maqnitudası 4,4 olan seysmik hadisə qeydə alınıb. Zəlzələnin episentri Kabanski rayonunun Oymur qəsəbəsindən 22 km şimal-qərbdə yerləşib”, - nazirliyin açıqlamasında deyilir.
Bildirilir ki, yeraltı təkanlar respublikanın 7 rayonunda - Kabanski, Pribaykalsk, İvolginski, Selenginski, Tarbaqatayski, Zaiqrayevski rayonlarında və Ulan-Ude şəhərində hiss olunub.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video