Bundesverin (Almaniya ordusu) baş müfəttişi, general Karsten Broyer ilə görüşümdə tərəfdaşlarımızın Ukraynanı F-16 təyyarələri ilə təmin edəcəklərinə ümid etdiyimi bildirdim.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.
"Bundesverin baş müfəttişi, general Karsten Broyeri bu həftə Ukraynada rəsmi səfərdə görməyə şad oldum. Konstruktiv söhbətimiz oldu. Ona cəbhədəki vəziyyəti təsvir etdim və təhlükəsizlik qüvvələrinin hazırlığından danışdım. Almaniyanın artıq göstərdiyi hərbi yardıma görə təşəkkür etdim: "IRIS-T" zenit-raket kompleksləri, "Gepard" özüyeriyən zenit artilleriya qurğuları, "Leopard" tankları və digər silahlar...",- o bildirib.
Zalujnı görüşdə vurğulayıb ki, gələcəkdə bütün tərəfdaşlar düzgün qərar verərək Ukraynanı "F-16" təyyarələri ilə təmin edəcəklər.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video