Mayın 6-da Həmədan şəhərində qızların təhsil aldığı "Nərgiz" orta məktəbində onlarla şagird naməlum kimiyəvi qazdan zəhərlənib.
BUTA.TV xəbər verir ki, bu barədə sosial media fəalları və şagirdlərin valideynləri məlumat yayıblar.
Məktəbin qarşısına çoxlu sayda təcili tibbi yardım maşınlarının gəldiyi və onlarla şagirdin xəstəxanalara göndərildiyi bildirilib.
Kürdüstan əyalətinin Mərivan şəhərinin "Məbəs" və "Ümmülbənin" məktəblərinində də oxşar hadisə baş verib.
Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.
Bu günə kimi 28 əyalətin 100 şəhərinin 250-dən çox məktəbində 7 mindən çox qız şagird zəhərlənib.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video