Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Baxmutdakı silahlılarının mövqelərini Çeçenistan rəhbəri Ramzan Kadırovun əsgərlərinə təhvil verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidmətinin məlumatında deyilir.
“Mən artıq onun (Kadırov nəzərdə tutulur - red.) nümayəndələri ilə dərhal mövqelərin köçürülməsinə başlamaq üçün əlaqə saxlayıram. Belə ki, hesablamalarımıza görə, 10 may saat 00:00-da bizim döyüş potensialımız tam tükənəcək elə bu məqamda, gərək yoldaşlarımız yerlərimizi tutsunlar və Baxmuta hücumu davam etsinlər”, - Priqojin bildirib.
Qeyd edək ki, daha əvvəl Priqojin sursat çatışmazlığı səbəbindən “Vaqner” qruplaşmasının mayın 10-da Baxmutdan çıxacağını demişdi. Həmçinin, ötən gün Çeçenistan rəhbəri Ramzan Kadırov “Əhməd” xüsusi təyinatlıları Baxmutda “Vaqner” döyüşçülərinin mövqelərini tutmağa hazır olduğunu yazmışdı.
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı