Türkiyənin müdafiə naziri Hulusi Akarın İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirməsi Ermənistana xəbərdarlıq mahiyyəti daşıyır. Akar sülh sazişinin imzalanmasının yubanmasının yeni münaqişə riskini artırdığını bu sözlərlə izah edib: “Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Nikol Paşinyanın və ətrafının “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” və “Ermənistanın qonşularına ərazi iddiaları yoxdur” tipli açıqlamaları azdır, İrəvan sülh sazişini imzalamağa hazır olmalıdır. Hulusi Akar İrəvanı xəbərdar edir ki, məsələnin yubadılmasının Ermənistan üçün ağır nəticələri olacaq”, - o qeyd edib.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi