Dünən gecə Kremlə hücum edən PUA-lar Moskvaətrafında görünüb, amma kimsə reaksiya verməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, dronlar alçaq hündürlükdən uçub.
“Onları ilk dəfə sakinlər Moskva vilayətində paytaxta doğru uçan istiqamətdə görüblər. Lakin yerli hakimiyyət orqanları insanların PUA barədə məlumatlarına əhəmiyyət verməyib və bunu dronlarla bağlı növbəti isteriya adlandırıb. Yalnız PUA-lar Moskva Dairəvi Avtomobil Yolu üzərindən uçarkən bunun yalan məlumat olmadığı aydınlaşıb. Dronlar şəhərin mərkəzinə doğru uçurdu. Güc strukturları PUA barədə yuxarılara məruzə ediblər, lakin gec olduğu və may bayramları vaxtı olduğu üçün dərhal reaksiya verilməyib. Nəticədə dronlar 16 dəqiqə fərqlə Kremlə hücum edə bilib”, - məlumatda qeyd olunub.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol