Niyə Kremli məhz gecə saat 3-də dronla vurdular? Aydındır ki, Putin o zaman Kremldə olmur, elədirmi? Cavab: Ona görə ki, bu, ABŞ və İngiltərənin Kremlə qarşı taktikasıdır. Bu min bir kiçik addım və ya qurbağanı yavaş-yavaş isinən suda qaynatmaq taktikasıdır.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bu taktikanı ABŞ ona görə seçir ki, onlar Putinin sərt addımlara daha sərt cavab verəcəyindən qorxurlar. Ona görə də kəskin addımlar yox, min kiçik addımlar atılır. Putinin nüvə silahı ilə zərbə endirməməsi üçün onu yavaş-yavaş, az qala hiss olunmayacaq şəkildə əzmək lazımdır.
Praktiki olaraq bu o deməkdir ki:
1. Birincisi, gecənin yarısında Kremlə PUA zərbəsinə edək, bu, xof nümayişdir;
2. Sonra gecə saat 12-də zərbə;
3. Ardınca günortadan sonra daha bir zərbə;
4. Sonra Putinin şəhərdən kənardakı iqamətgahına zərbə;
5. Sonra Putinin təyyarəsinə və ya helikopterinə zərbə.
Bundan sonra hamı “Putin üçün qəribə ov”un siyasi mənzərə olduğuna adət edəcək. Putinə ölümcül zərbə məhz o zamana hazırlanır. Hələ vaxtı deyil”, - o bildirib.
Qeyd edək ki, 2 maydan 3 maya keçən gecə Kremlin Senator sarayına iki PUA ilə hücum edilib.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol