Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniyaya mayın 13-də baş tutmalı olan səfəri ləğv oluna bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “t-online” Ukrayna hökumətinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, buna səbəb səfərlə bağlı məlumatların mediaya sızması olub.
Nəşrin həmsöhbətləri vurğulayıblar ki, Ukrayna tərəfi təhlükəsizlik məsələləri ilə bağlı çox həssas məlumatların sızmasından çox məyusdur.
Hətta məlumatların Almaniyadakı mənbələr tərəfindən qəsdən dərc olunduğu iddia olunub.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol