İran Azərbaycanla münasibətlərini normallaşdırmağa qərar vermədiyi üçün qısa müddətə həbs etdiyi xainləri yenidən buraxıb. Kiçik ümidlər var idi ki, bəlkə onları həbs etdikdən sonra Azərbaycana təhvil verməklə münasibətlər yenidən qaydasına düşsün. Amma bunu etmədi və görünür fikri də yoxdur.
Bu sözləri BUTA.TV-a politoloq Elxan Şahinoğlu “Hüseyniyyun” qruplaşmasının həbs olunan üzvlərinin yenidən sərbəst buraxılması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
O bildirib ki, böyük ehtimalla İran münasibətləri gərginləşdirməyə yenə də davam edəcək:
“Qısa müddətə həbs olunmaları Azərbaycanın nəbzini yoxlamaq idi. Əslində, həbs etmişdilərsə, bizə təhvil verilməli idilər. Bunu etmədikləri üçün münasibətlərin normallaşmasından danışmaq tezdir. Elə Şuşada keçirilən konfransda da ölkə başçısı İran-Azərbaycan mövzusuna toxundu və İranın bilərəkdən Azərbaycanla münasibətlərini gərginləşdirdiyini ifadə etdi. Bu, həqiqətən, belədir. İkinci Qarabağ müharibəsindən sonra nə qədər təxribatla üzləşdik”.
Politoloqun sözlərinə görə, Tehran həmin şəxslərdən Azərbaycan əleyhinə yenidən istifadə edə bilər:
“Onların tutulması bəlkə də heç Azərbaycanla bağlı deyildi. Ola bilsin, fəaliyyətləri ilə bağlı nəsə sualları var idi. Deməli, o cür insanlardan hələ də Azərbaycana qarşı istifadə etmək istəyirlər. Lakin yanlış siyasət yürüdürlər. Çünki Azərbaycanda İrana bağlı şəxslərlə mübarizə güclənib. Onların əli ilə daha İran Azərbaycanı qarışdıra bilməyəcək. Həmin o iki nəfərdən də istifadə edirdi ki, Azərbaycanda onlara bağlı qruplar qiyama həvəslənsin. Bu da alınmadı və alınmayacaq”.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol