“BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”

12:08 - 9 May 2026 - CƏMİYYƏT

 “BakuBus” və “Bakı Taksi” ləğv edildi, sonra? - “Amma tıxac problemi var”

“Dünyanın müxtəlif ölkələrində ictimai nəqliyyat sektorunun fərqli qolları bir-birinə çox ciddi şəkildə inteqrasiya edib”.

Bu sözləri  “Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O izah edib ki, qlobal miqyasda bir sıra iri şəhərlərdə müxtəlif nəqliyyat növlərinin sıx inteqrasiyasına nail olunub: Pepperoni pizza

“Özüm şəxsən Berlində bunun çox gözəl nümunəsini görmüşəm. Bu şəhərdə metropoliten, avtobus və tramvaylar bir-birinə çox sistemli şəkildə inteqrasiya olunub. Beləliklə də keyfiyyətli sərnişindaşıma xidməti təmin edilir”.

Ekspert vurğulayıb ki, hazırda ölkədə ən başlıca nəqliyyat problemi tıxacdır:

“Bakı Metropoliteninin “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ölkədə ictimai nəqliyyat sisteminin inkişafını və vətəndaş məmnunluğu yarada bilər. Amma tıxac problemi var. Şəxsi avtomobillərdən istifadəni azaltmasaq və ictimai nəqliyyat sisteminə geniş keçidə nail olmasaq, ciddi irəliləyişə nail olmayacağıq”.

Xatırladaq: Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Bakı Metropoliteni” QSC “BakuBus” və “Bakı Taksi Xidməti”MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol