Formula-1 yarışlarını izləmək üçün Azərbaycanı ziyarət edən britaniyalı supermodel Naomi Kempbell səfəri haqqında İnstaqram hesabında paylaşım edib.
BUTA.TV xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Prezidentin köməkçisi Anar Ələkbərova, gənclər və idman naziri Fərid Qayıbova, Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə və Formula-1-in müşaviri Flavio Briatoreyə təşəkkür edib.
Naomi Kempbell paylaşımında Bakı səfərinin əla keçdiyini və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini bildirib. Model, mərkəzi ziyarət etməyin ilhamverici olduğunu vurğulayıb və məşhur memar, yaxın dostu Zaha Hadid tərəfindən dizayn olunduğunu də əlavə edib.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol