Ermənistan Avropa Birliyi ilə əlaqələrin dərinləşdirilməsində göstərdiyi dəstəyə görə Fransaya minnətdardır və İrəvan ikitərəfli gündəliyin bütün sahələrində əməkdaşlıq edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan fransalı həmkarı Stefan Sejurne ilə görüşündə deyib.
“Münasibətlərimiz xüsusidir. Ermənistanla Fransa arasında əməkdaşlıq bütün səviyyələrdə davam edir: ölkə rəhbərləri, parlamentlər, ayrı-ayrı idarələr. Fransanın Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsində dəstəyini vurğulamaq istərdim. Bildiyiniz kimi, biz artıq viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlandığını elan etmişik”, - Mirzoyan bildirib.
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi
- Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video
- Daha 1000-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Prezident sərəncam imzaladı
- "Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol