ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiyanın təcavüzü ilə qarşıdurmada Ukraynanın qalib gəlməsini istədiyini deməyəcək.
BUTA.TV xəbər verir ki, bunu köşə yazarı Devid Frenç “Nyu York Tayms”dakı yazısında bildirib.
O xatırladıb ki, demokrat Harrislə son debat zamanı respublikaçı – çoxsaylı suallara baxmayaraq – Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini istədiyini deməkdən imtina edib.
Eyni zamanda Tramp müharibədə qalib gəlməyi deyil, müharibəni bitirməyi vurğulayıb.
O qeyd edir ki, Rusiyanın qələbəsinin ABŞ-ın maraqlarına uyğun olacağı heç bir ssenari yoxdur:
"Çünki Rusiyanın qələbəsi təkcə Kremlin təsir dairəsini genişləndirməyəcək, həm də insan haqları üçün fəlakət olacaq və Ukrayna milli kimliyinin yoxa çıxması təhdidini yaradacaq, bu da qlobal güc balansının dəyişməsinə gətirib çıxaracaq".
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi