Son 35 ildə məmləkətin iki hədəfi var idi – Allaha min şükür, bu hədəflərə çatmışıq. İlk hədəf müstəqilliyimizin bərpası idi, buna millət olaraq nail ola bildik. İkinci hədəfimiz torpaqlarımızn işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası idi – şəhidlərimizin qanı, qazilərimizin əməyi, Ali Baş Komandanın düzgün siyasəti, xalqımızın birliyi bu hədəfə çatmağımızda əsas rol oynadı. Yəni müstəqilliyimizi də, suverenliyimizi də xalqımızın 99%-i istəyirdi deyə, millət olaraq bu hədəflərə nail olduq.
BUTA.TV xəbər verir ki, bu sözləri REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli qeyd edib.
“Yaxşı, indi nə istəyirik? Xalq, toplum, dövlət olaraq hədəfimiz nədir?! Hədəfi, məramı, məqsədi aydın olmayan dövlət həmişə təhlükələrlə üzləşir – bunu anlayıb cəmiyyətdə bu məsələlərlə bağlı ciddi diskurs açmaq lazımdır”, - o bildirib.
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi