UEFA idmana siyasi müdaxiləyə görə İngiltərəni 2028-ci ildə keçiriləcək futbol üzrə növbəti Avropa çempionatından kənarlaşdıra bilər.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Tayms” məlumat yayıb.
Yığmanın UEFA-nın himayəsi altında keçirilən turnirdən kənarlaşdırılmasına Böyük Britaniyanın əsas siyasi partiyaları tərəfindən konsepsiyası irəli sürülən müstəqil futbol tənzimləyicisinin yaradılması səbəb ola bilər. Bu tənzimləyicinin vəzifəsi ingilis klublarına və onların sahiblərinə nəzarət etmək və lisenziyalaşdırma sistemini yoxlamaq olacaq.
UEFA-nın baş katibi Teodor Teodoridis artıq Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Liza Nendiyə məktub göndərib. Etirazın mahiyyəti ondan ibarətdir ki, hökumət futbolun inkişafına qarışmamalıdır.
2024-cü ildə keçirilən Avropa çempionatında İngiltərə yığması finala yüksəlsə də, həlledici matçda İspaniya millisinə uduzub. Avropa çempionatının finalındakı bu məğlubiyyət komanda üçün ardıcıl ikinci olub. Koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirilən AVRO-2020-nin finalınsa İngiltərə penaltilər seriyasında İtaliyaya uduzmuşdu.
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
- Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - Foto
- Azərbaycanda orta aylıq əmək haqqı artdı
- Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
- Prezidentin yeni mətbuat katibi kimdir?
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi