Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.
BUTA.TV xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.
Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi