"Red Bull"un niderlandlı pilotu Maks Ferstappenin Formula 1 üzrə Azərbaycan Qran-prisindəki əsas hədəfi bəlli olub.
BUTA.TV xəbər verir ki, 26 yaşlı sürücü bu barədə ölkəsinin mətbuatına açıqlama verib.
Ferstappen məqsədinin yarışı "Maklaren" sürücüsü Lando Norrisdən irəlidə bitirmək olduğunu söyləyib.
"Hazırda ən vacib olan da budur", - pilot bildirib.
Qeyd edək ki, Ferstappen Bakıdakı əsas yarışa 6-cı, Norris isə 16-cı pillədə start verəcək. Azərbaycan Qran-prisi saat 15:00-da başlayacaq.
Norris cari mövsümdə Ferstappenin əsas rəqibi hesab edilir. Niderlandlı pilot sona 8 mərhələ qalmış 303 xalla liderdir. Norris isə 241 xalla ikinci sırada qərarlaşıb.
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı
- Dağıstanda daşqınlar: 500 bina su altında qaldı
- Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi