Baltik dənizi zonasında NATO-nun hava patrulu missiyasında iştirak edən Almaniyanın “Eurofighter” qırıcıları Rusiya qırıcılarına görə havaya qaldırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.
“Bu gün Rusiya təyyarələrinin uçuş planı və transponder siqnalı olmadan uçması səbəbindən Laage aviabazasından və Latviyanın Lielvarde aerodromundan çevik reaksiya qüvvələrimizə xəbərdarlıq edilib”, - qeyd edilir.
Bildirilib ki, alman qırıcıları Baltik səmasında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-142 və Su-30 təyyarələrini müşayiət edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hərbi aviasiyasının bütün uçuşlarının hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həyata keçirildiyini açıqlamışdı.
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı