Rusiya ərazisinə Qərbin uzaqmənzilli raketlərindən istifadə ediləcəyi təqdirdə, Vladimir Putinin NATO və Avropa ölkələrini müharibəyə sürükləyəcəyi ilə bağlı hədələməsi AB-nin Ukraynaya dəstəyindəki mövqeyini dəyişməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.
“Putin mütəmadi olaraq çoxlu yalan şərhlər verir. Fakt budur ki, o, Ukraynaya qarşı müharibəyə başlayıb. Təbii ki, Ukrayna xalqına qarşı bu qanunsuz təcavüzü davam etdirdikcə onun dediyi heç bir şey bizim mövqeyimizi dəyişməyəcək. AB Ukraynaya hərbi daxil olmaqla dəstəyi davam etdirəcək”, - Stano bildirib.
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video
- Dövlət qurumunda bəzi şöbələr ləğv edildi
- Ramin Nurəhmədov işdən çıxdı