Rusiya 106-cı hava-desant diviziyasının əlavə hissələrini Kursk vilayətində yerləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Bildirilib ki, Rusiya davam edən əks-hücumlarını dəstəkləmək üçün daha təcrübəli qüvvələri yenidən yerləşdirməyə başlaya bilər:
“Sentyabrın 11-də yayımlanan görüntülərdə Rusiyanın 137-ci hava desant alayının (106-cı hava desant diviziyası) bölmələrinin Snaqostun şimal-qərbində hücumda iştirak etdiyi əks olunub. Avqustun sonuna olan məlumata görə, bu bölmələr Ukraynanın Severski istiqamətində fəaliyyət göstərirdi. 106-cı hava desant diviziyasının 51-ci hava desant alayının bölmələri də Kursk vilayətində döyüşür”.
İnstitutun analitiklərinin fikrincə, Ukrayna qüvvələrini Kursk bölgəsindən tamamilə çıxarmaq üçün Rusiyaya əlavə canlı qüvvə və daha təcrübəli bölmələr lazımdır:
“Rusiya 106-cı hava-desant diviziyasının əlavə hissələri ilə yanaşı, daha təcrübəli döyüş birləşmələrini də Kursk bölgəsində cəmləşdirə bilər”.
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Ekspertdən qanunsuz tikililərlə bağlı təklif - Video