Son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.
BUTA.TV xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.
“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə - red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – o vurğulayıb.
Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.
“Sonra (Paşinyan) Putindən xahiş etdi. Biz artıq ikimiz Paşinyandan istəməyə başladıq:
“Problemi həll et”.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan buna belə cavab verib:
“Xeyr, döyüşəcəyik”.
“Döyüşdülər. Sonra Rusiya və bizdən inciməyin anlamı nədir?Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdin”, – dövlət başçısı bildirib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto