Rusiya Daxili İşlər Nazirliyi Kursk vilayətinə qanunsuz daxil olmuş 7 xarici jurnalisti axtarışa verib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının sərhədini pozaraq Kursk vilayətinə qanunsuz daxil olmuş CNN-dən Nik Uolş, RAI-dan Stefani Battistini və Simoni Traini, “Döç Velle”dən Nikolas Konolli, həmçinin Ukrayna nəşrlərindən Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik barəsində axtarış elan edib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu jurnalistlərə qarşı Rusiya sərhədini qanunsuz keçməyə görə cinayət işi açıb. Onların hamısının Ukraynanın ələ keçirdiyi Sudjadan təbliğat xarakterli reportajlar lentə aldığı bildirilib.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto