Rusiya Prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüşdə Rusiya prezidenti bildirib ki, 2024-cü ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.
Onun sözlərinə görə, hökumətlərarası birgə komissiyanın işinə xüsusilə tələbat var:
“Bununla bağlı artıq Rusiya tərəfdən yeni nümayəndə təyin olunub. Biz onun həmkarının İran tərəfindən təsdiqi ilə bağlı qərarı gözləyirik”.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto