Aparıcı Pərvanə Tahirqızı ARB kanalı ilə yollarını ayırıb.
Kult.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat verib.
O bildirib ki, öz istəyi ilə kanalla yollarını ayırıb:
"ARB kanalından ötən mövsümün sonunda öz istəyimlə ayrıldığımı bildirmək istəyirəm. Rəhbərliyə və bu illər ərzində məni dəstəkləyən, sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Pərvanə aparıcı Elgiz Əkbərlə birlikdə "Elgizlə izlə" proqramına aparıcılıq edirdi. Ötən mövsüm Elgiz Pərvanənin proqramdan ayrıldığını açıqlasa da, aparıcı yenidən layihəyə geri qayıtmışdı.
- Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
- Yol polisindən sürücülərə xəbərdarlıq: Risk yüksəkdir
- Bu binalar söküləcək - Qərar verildi
- Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
- İstehlaka yararsız 227 kq at əti aşkarlandı
- FHN bu oteldə təlim keçirdi - Foto
- "Fırınçı" kafesində nöqsanlar aşkarlandı
- Nazirlikdə Cio Kristofoli ilə görüş... - Foto